Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, rayonun Ərçivan kəndində LADA markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb.
Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.