Bakıda avtomobil qaçıran şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 23-də Bakı şəhər sakini S.Səfərova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini A.Nəsirov saxlanılıb.