Kamilə Babayevanın aparıcısı olduğu “Görüş yeri” verilişinin yayımı dayandırılıb.
AzTv-də yayımlanan layihənin hansı səbəbdən bağlandığı isə bilinmir.
Aparıcının yeni mövsümdən başqa proqramla kamera qarşısına keçəcəyi bildirilir.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məlumatı Axşam.az-a təsdiqləyib.