Tovuz rayon sakini H.Hümbətovun təqaüd kartından pul oğurlayıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları bununla bağlı əməliyyat keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də H.Hümbətovun təqaüd kartından 277 manatı çıxararaq oğurlamaqda şübhəli bilinən Aşağı Öysüzlü kənd sakini X.Məmmədov saxlanılıb.