Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən yan güzgüsü, təkər və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Əliyev saxlanılıb.