Neftçalada evdə oğurluq hadisəsi baş verib.
Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də Boyat kəndindəki evlərin birindən 1 465 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən kənd sakini Ə.Musayev saxlanılıb.