Bakıda avtomobil qaçıran şəxsin üzərində narkotik aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də A.Fərziyevin “Hyundai” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Zərdab rayon sakini A.Məmmədov aprelin 24-də rayon ərazisində avtomobillə birgə saxlanılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.