ABŞ-ın Nyu-York şəhəri ətrafında yerləşən Vestçester dairəsinin sakinləri yeni növ koronavirus pandemiyası zamanı səhlənkarlığa yol verdiyinə görə Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) məhkəməyə veriblər.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Belə ki, üç vestçesterli ÜST-ni vaxtında pandemiya elan etməməkdə, başlanğıc mərhələdə Çinin verdiyi reaksiyaya nəzarət etməməkdə, müalicə tövsiyələri verə və dünya ölkələrinin cavab həmlələrini əlaqələndirə bilməməkdə günahlandırıb.

Eyni zamanda, ÜST yeni növ koronavirusun ciddiliyini gizlətmək məqsədilə Çin hökuməti ilə əlbir olmaqda ittiham olunur.