Sumqayıtda avtomobildə oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindan Mia.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də H.Z.Tağıyev qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildən 8 200 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş S.İsmayılov saxlanılıb.