Astara Rayon Polis Şöbəsinin əməkdaşları Şahağacı kəndində 6 sakinin hazırda istifadə olunmayan tikilinin damında qumar oynadıqları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, xüsusi karantin rejimi qaydalarını pozan həmin şəxslər saxlanılaraq şöbəyə gətirilib.

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb və inzibati qaydada həbs olunublar.