Şabranda qətl hadisəsi törədilib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Zeyvə kəndində baş verib.

Belə ki, Nahid adlı kənd sakini 1963-cü il təvəllüdlü İstək Məmmədovanı və onun oğlu, 1983-cü il təvəllüdlü Məhəbbət Məmmədovu ov tüfəngindən atəş açaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb edilib. 

İlkin məlumata görə, hadisə namus üstündə baş verib. 

Faktla bağlı araşdırma aparılır.