Bakıda avtomobil sürücüsündə "beşbarmaq", bıçaq və sərnişində narkotik vasitə aşkarlanıb.

 Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, DİN Əlahiddə Çevik Polis Alayı və Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Mahmudovun idarə etdiyi “Opel” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 ədəd "beşbarmaq" və 1 ədəd bıçaq, sərnişini S.Mayılovdan isə narkotik vasitə olan politetilen aşkar edilərək götürülüb.