Bakıda bağ evində oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdəkan qəsəbəsi ərazisindəki bağ evlərinin birindən 49 000 manat oğurlamaqda şübhəli bilinən, orada gözətçi işləyən Astara rayon sakini, əvvəllər məhkum olunmuş R.Rəhmanov saxlanılıb.