Bakı şəhər sakinində silah-sursat aşkarlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş A.İslamovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd paron darağı və 7 ədəd patron götürülüb.