Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı, Akademik Rus Dram Teatrının rəhbəri Ədalət Hacıyevlə toy fotosunu paylaşıb.

Mia.az xəbər verir ki, o, toy xatirəsini belə bölüşüb:

“Bu Ədalət müəllimlə toy şəklimizdir – Ortada Bakıda böyümüş, Qarabağı heç görməmiş və könüllü olaraq müharibəyə gedib Ağdamda şəhid olan xalamız oğlu Elçindir. Arxada dayanan qadın da başqa bir qohumumuzdur – onun da oğlu Azər Naxçıvanda şəhid olmuşdu.

İndi şəhidlərimizə baxıb düşünək...

Oonlar şirin canlarını qurban verdilər və biz bugünkü cəmiyyəti yaratdıq: müğənnisini, mədəni irsini, həmvətənlərini təhqir edən, bir-birinə qənim kəsilib ətini didən, bir-birinə şər-böhtan atan, ayağının altını qazan bir cəmiyyət olduq.

Azad, müstəqil... Bu müstəqilliyi, söz azadlığını sui-istismar edən bir cəmiyyət yaratdıq. Yavaş-yavaş mənəvi dəyərlərini yox etməyə çalışan insanların cəmiyyətinə çevirilirik.

Ruhları şad olsun...”.