"Biləndə ki, toyda Brilliant Dadaşova olacaq, ora 10 dəqiqə tez gedirəm ki, söhbət edəm. Axırda məni gülə-gülə qapıdan qovur ki, çıx, səsin batdı. ".
Bu sözləri "Show News" verilişinə açıqlamasında Xalq artisti Röya Ayxan deyib.
O, Brilliant Dadaşova ilə münasibətlərinin yaxşı olduğunu, Xalq artistini sevdiyini bildirib:
"Brilliant Dadaşova ilə gözəl dostluğumuz var, onu çox sevirəm. Yaxşı ki, belə sənətkarım var. Hər şeyi bir-birimizə söz eləsək, sevgi qalmaz".