Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Tovuz rayon sakini, 1969-cü il təvəllüdlü Vidadi Bilalov mübahisə zəminində bir neçə bıçaq yarası alıb və xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxsin keçmiş məhkum olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./Report