Bakıda qadının zorla çantasını alıb qaçan şəxs tutulub.

DİN-nin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36 və 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də, Bakı şəhər sakini Y.Həmidovaya zor tətbiq edib, soyğunçuluq yolu ilə içərisində 105 manat olan çantasını almaqda şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş C.Ağayev saxlanılıb.