1990-cı illərin məşhur seks filmlərinin aktrisası Lisa Ann film sektorunu tərk etməsinin səbəblərini açıqlayıb.
Mia.az xarici mətbuata istinadla bildirir ki, İngiltərənin "Lad Bible" portalına danışan amerikalı Lisa Annın sözlərinə görə, +18 filmlərinə çəkilməzdən əvvəl rəqqasə olub: "90-larda kino ulduzu olmaqla bu günün kino ulduzu olmaq arasında çöx böyük fərqlər var. İndi yaşamaq üçün bunu etmək, belə kinolara çəkilmək istəyən çox qadın var. Ona görə, o vaxt belə filmlərdə rol alan qadınlarla rejissorlar çox yaxşı davranırdılar, qızlar çox dəyərli idi".
Lisa Ann bildirib ki, 1990-cı illərdə seksual fimlərdə özünü çox rahat hiss edib: "Lakin 2000-ci illərdə vəziyyət dəyişməyə başladı. Bu sektora çox qızlar gəldi. Onların sayı artdıqca, bu sahədə aqressivlik də çoxaldı. Ona görə, getmək qərarını verdim...".
Xatırladaq ki, 47 yaşındakı Ann 2014-də "Facebook" hesabından artıq kino sektoru ilə vidalaşdığını elan edib.
O, 2008-də sonuncü dəfə +18 filmində rol alıb. "Who's Nailing Paylin?" adlı filmdə o, cumhuriyyətçi siyasətçinin həyatını əks etdirib.
MİA.AZ





