Bloqqer Mehman Hüseynov dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə namizəd olub.
Mia.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.
Bloqqer bildirib ki, Bakının Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinə seçilmək üçün namizədliyini irəli sürüb: "Bu gün 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürdüm. Sabahdan imzatoplama kampaniyasına başlayacağam".