"Bakcell” MMC iyulun 30-dan bəzi internet paketlərini bahalaşdıracaq.
Mia.az xəbər verir ki, şirkət bununla bağlı açıqlama yayıb
Bildirilib ki, "Gündəlik 25 MB” paketinin qiymətinin 10 qəpikdən 15 qəpiyə, "Gündəlik 50 MB” paketinin isə 20 qəpikdən 25 qəpiyə çatdırılması nəzərdə tutulub.
Görünür, abunəçilərinin müxtəlif yollarla balansından oğurlayan şirkət bu dəfə rəsmi bahalaşmaya getmək məcburiyyətində qalıb. Bu isə onsuz da kifayət qədər abunəçi itirmiş şirkətin yenə də itkisi ilə üzləşməsinə səbəb olacağı deməkdir.