İsrailin Tel-Əviv şəhərində keçirilən "Eurovision-2019"un qalibi bəlli olub.
Mia.az xəbər verir ki, 26 ölkə ifaçısının mübarizə apardığı finalda Azərbaycanı təmsil edən Çingiz Mustafayev "Truth” mahnısı ilə 7-ci olub.
Niderland təmsilçisi Dunkan Lourens "Arcade" mahnısı ilə492 bal toplayaraq, yarışmanın qalibi olub. İkinci yeri İtaliya təmsilçisi, üçüncü yeri isə Rusiya ifaçısı tutub.