Bu gün Sumqayıt şəhər Poeziya evində "Sumqayıt-70" yubileyi ilə bağlı  eyruzunsesi.az saytının təqdimatı keçirildi. Qeyd edək ki, portal əməkdar jurnalist, yazıçı Eyruz Məmmədovun yaradıcılığı və Sumqayıt şəhəri haqda ensiklopedik məlumatlardan ibarət olacaq.

Təqdimatda tanınmış yazarlar - Rəhman Orxan, Hümbət Həsənoğlu , Ofelya Babayeva, Ağalar İdrisoğlu, Sahib Fərzəliyev, Zaur Əhməd, Rafiq Oday, Vüsal Hətəmov, Rafiq Yusifoğlu, Ətrabə Rzayeva , Mayıl həkim, Eyvaz Qocayev, Süleyman Hüseynov, Bəhruz Salmanov, Rafiq Mehdiyev Əli Əmirov, Əşrəf Veysəlli, Gəray Əlibəyov, Xatirə Fərəcli, Ramil Yaqublu, Kamal Almuradlı, Vüsal İbrahimli, Namiq Dəlidağlı və digər yazar , media nümayəndələri və QHT sədrləri iştirak edirdilər.

Təqdimatda iştirak edən qonaqlar Eyruz müəllimi yeni açılmış sayt münasibəti ilə təbrik etdilər və ona hər zaman dəstək olacaqlarını bildirdilər.