Nazirlər Kabinetinin mətbuat xidmətinin yeni rəhbəri bəlli olub.
Mia.az xəbər verir ki, Baş nazir Novruz Məmmədovun əmri ilə vaxtı ilə Space TV-də işləyən Ayaz Mirzəyev hökumətin mətbuat xidmətinin rəhbəri təyin olunub.
Xatırladaq ki, Ayaz Mirzəyev son illər əsasən QHT sektorunda çalışıb.
Onu da qeyd edək ki, Ayaz Mirzəyevdən əvəvl bu vəzifədə Akif Əli işləyib. Lakin o, yaş həddi ilə bağlı ötən ay pensiyaya göndərilib.