Bakı Nəqliyyat Agentliyi (BNA) bir sıra marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsini dəyişdirib.
Mia.az BNA-ya istinadla bildirir ki, dayanacaq məntəqəsi dəyişdirilən marşrutlar aşağıdakılardır:
"2, 14, 13, 7a, 158, 142, 130, 59, 37, 96, 91, 29, 117, 83 və 67 nömrəli marşrut avtobusları.
Bundan başqa, vurğulanır ki, avtobuslar aprelin 13-dən etibarən Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzindən sərnişinlərin xidmətində olacaq".