Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yeni mətbuat katibi təyin edib.
Mia.az Unikal.org-a istinadən bildirir ki, Kəmaləddin Heydərovun müvafiq əmri ilə Yəhya Babanlı Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi təyin olunub.
Qeyd edək ki, Yəhya Babanlı Balababa Rzayev "Azərenerji” ASC-yə rəhbər təyin olunana qədər, adıçəkilən qurumun İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzinin rəisi idi. Lakin ASC-də rəhbər dəyişikliyindən sonra o, öz ərizəsi ilə vəzifəsindən ayrılıb.