"Bərdə” qəzetinin rəhbərliyində dəyişiklik olub.
"Yeni Sabah”ın verdiyi məlumata görə, "Bərdə" qəzetinin baş redaktoru Elbrus Məmmədli tutuduğu vəzifədən azad olunub. Onun yerinə bu vəzifəyə qəzetin əvvəlki əməkdaşı, müstəqil jurnalist Novruz Salahov təyin olunub.
Baş redaktor dəyişikliyinin səbəbi məlum olmasa da, N. Salahov artıq bir neçə gündür ki, baş redaktor kimi fəaliyyət göstərdiyi bildirilir.
Məlumatı Bərdə rayon icra hakimiyyətindən təsdiqləyiblər.
Qeyd edək ki, "Bərdə” qəzetinin ilk nömrəsi 1932-ci ildə "Qızıl Bərdə” adı ilə çıxıb. Sonralar "Bərdə pambıqçısı”, "Stalin yolu”, "Kommunizm yolu” və s. adlarla nəşr edilib. Hal-hazırda "Bərdə” qəzeti rayon İcra Hakimiyyəti aparatının və jurnalist kollektivinin təsisçiliyi ilə çıxır.