Əməkdar artist Röya Ayxanın başına Türkiyədəmaraqlı hadisə gəlib.
Müğənni instaqram səhifəsində video paylaşaraq İstanbuldakı evini təmizləmək üçün xadimə çağırdığını, həmin xanımın isə müğənni olmaq aruzusunda olduğunu qeyd edib:
"İstanbuldakı evim balaca olduğu üçün həmişə özüm təmizləyirəm. Bu dəfə təmizləmək üçün xanım çağırdım. Mənə söylədi ki, sən kimsən? Mahnıma qulaq asdırdım. O gələnə kimi 3 otağı təmizlədim. Özbəkistanlı qadın idi. Biləndən sonra müğənniyəm, başladı ki, mən də konservatoriya bitirmişəm, oxuyan olmaq istəyirdim.