Dövlət Miqrasiya Xidmətində (DMX) növbəti kadr dəyişikliyi olub.

DMX-nın İctimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, I dərəcəli miqrasiya xidməti qulluqçusu, əməkdar jurnalist Füzuli İsmayılov vəzifəsindən azad edilib. 

İdarənin rəis müavini vəzifəsinə jurnalist Elnur Kələntərli təyin edilib.

Qeyd edək ki, Elnur Kələntərli 25 aprel 1976-cı ildə Bakı şəhərində doğulub. "Space” televiziya kanalında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və digər qurumlarda çalışıb/Report.