Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) İyunun 23-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün ?Azərbaycan dili? fənnindən imtahan keçirib. İmtahanın nəticələri həmin gün - iyunun 23-də TQDK-nın internet saytında yerləşdirilib. İmtahanda iştirak edən 1666 abituriyentdən 858 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək ?məqbul? qiyməti alıb. Azərbaycan dili imtahanından məqbul qiyməti almayan rus bölməsinin abituriyentləri 2013/2014-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.