Prezident İlham Əliyev "Azərbaycan” qəzetinin Baş redaktoru haqda sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə Bəxtiyar Yusif oğlu Sadıqov "Şöhrət” ordeni ilə təltif edilib.
***
Prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə "Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşlarına "Əməkdar jurnalist” fəxri adı verilib:
Cavadov Seyran Qubad oğlu
Əzizli Bəxtiyar Məhərrəm oğlu
Hüseynli İxtiyar Kərim oğlu
Quliyev Lazım Məmmədqulu oğlu.
***
Dövlət başçısının başqa bir sərəncamı ilə milli mətbuatın inkişafındakı xidmətlərinə görə "Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşları "Tərəqqi” medalı ilə təltif edilib:
Cəfərov Rəşad İslam oğlu
İmanquliyev Bahadır Bəkir oğlu
Mütəllibov Rüstəm Kamal oğlu
Vəliyev Elçin Vaqif oğlu.