Aparıcı və regional qəzetlər daxil olmaqla, təxminən 350 nəşr Prezident Donald Trampın liberal KİV-lərə qarşı hücumlarının yolverilməz olduğu barədə məqalələr dərc edib.
TASS xəbər verir ki, aksiyanın təşəbbüskarı avqustun 13-də "Jurnalistlər düşmən deyil” sərlövhəli məqaləni dərc edən "The Boston Globe” qəzeti olub.
"ABŞ prezidenti hazırkı administrasiyanın siyasətini dəstəkləməyən KİV nümayəndələrinin "xalq düşməni” olmaları barədə rəy formalaşdırıb”, - deyə qəzetin məqaləsində bildirilir və bunun ölkə konstitusiyasına zidd olduğu vurğulanır.
Jurnalistlər ABŞ-ın 2-ci prezidenti Con Adamsın sözlərini Trampın yadına salıblar: "Azad mətbuat azadlığın təmin olunması üçün vacib əhəmiyyət kəsb edir”.
Azərtac