TQDK rezidenturaya qəbul imtahanlarına hazırlazan namizədlər üçün sınaq imtahanı keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası baza ali tibb təhsilli namizədlərin rezidenturaya qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə 10 sentyabr 2011-ci il tarixində baza fənləri üzrə və 11 sentyabr 2011-ci il tarixində isə ixtisas fənləri üzrə sınaq imtahanları keçirəcək.
Sınaq imtahanı Bakı şəhərində keçirilir. Hər bir imtahanın müddəti 3 saatdır.
İmtahana yazılış internet vasitəsilə sentyabrın 2-dən (saat 16:00-dan) sentyabrın 8-dək (saat 10:00-dək) aparılacaqdır. Bunun üçün hər birinin qiyməti 3 AZN olan iki ədəd ödəmə kartı tələb olunur.
Ödəmə kartlarını akad. H.Əliyev küç., 17 ünvanında yerləşən ?Abituriyent? satış köşkündən, eləcə də TQDK-nın internet saytından və Azercell abunəçiləri 7735 xidmətindən virtual formada əldə edə bilərlər.
İmtahan binalarına buraxılış şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcəkdir. Başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana yazılmış namizədlər imtahan binasına buraxılmayacaqlar! İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır!
Bu imtahanlar namizədlərə biliklərini yoxlamağa, ümumi hazırlıq səviyyələrini müəyyən etməyə, tədris materiallarının qavranılmasında güclü və zəif tərəflərini üzə çıxarmağa kömək edəcəkdir.
Sınaq imtahanlarında iştirak edən namizədlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq və ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirəcəklər.
DİGƏR XƏBƏRLƏR
2025-05-05 17:40
2025-05-05 17:17
2025-05-05 13:37
2025-05-05 13:01