Gənclər Təşkilatları Milli Şurasının ?VƏTƏNİ TANI? Ümumrespublika Kampaniyası çərçivəsində növbəti seçim turu keçirilib. Şamaxı rayonunda baş tutan seçim turunun açılış mərasimində Milli Şuranın mətbuat katibi Orxan Əli bildirib ki, layihə bütün Azərbaycanı əhatə etməyi qarşısına məqsəd qoyub. 150 gəncin iştirakı ilə keçirilən yarışmaların sonunda rayon üzrə bir nəfər elektron, bir nəfər isə puzzle formasında hazırlanmış xəritəni ən tez yığaraq respublika turuna vəsiqə qazanıb. Tədbirdən sonra işçi qrupu Şamaxı Rəsədxanasına səfər edib. İşçi qrupu burada dünyada nadir olan diametri 2 metrə çatan teleskopla tanış olub. Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin ?AVA? Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.