Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verdiyi ?Vətəni tanı? Ümumrespublika Kampaniyası bu dəfə Zaqatala gənclərini bir araya gətirib. MİA-nın məlumatına görə, kampaniyanı həyata keçirən işçi qrupunun rəhbəri, Milli Şuranın idarə heyətinin üzvü Heydər Atayevin sözlərinə görə Zaqatalada 150-dən çox gənc sınaqlarda iştirak edib. İştirak edən gənclərdən ikisi isə respublika turuna vəsiqə qazanıb. Qeyd edək ki, Kampaniyaya ?AVA? Skandinaviya klinikası, FİXED Borders dəstək verir.