Bu gün Ümid Partiyasının sədri yeni sərəncam imzalayıb. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, Aynurə İmranova Ümid Partiyası Qadınlar Şurasının sədri vəzifəsinə təyin edilib. Qeyd edək ki, Aynurə İmranova 1994-2008-ci illərdə ?Müxalifət?, ?Cümhuriyyət?, ?Yeni Müsavat?, ?Azadlıq?, ANS-ÇM-də xəbərlər departamentində müxbir kimi çalışıb, 2008-ci ildə İctimai vəkil-İnsan Hüquqlarının Müdafiə Mərkəzində işləyib, 2010-cu ildə ?Azad Azərbaycan? televiziyasında redaktor vəzifələrində çalışıb.