Sənətçi uğursuz alınan ailə həyatından və keçmiş həyat yoldaşından da danışıb. Musayeva bildirib ki, keçmiş əri dəfələrlə ona barışmaq təklifi etsə də, qəbul etməyib:
"Çünki biz ayrılanda o kişi kimi hərəkət eləmədi. Ayrılanda mənə bir otaqlı mənzil qaldı. Soruşdum ki, bəs mağazalar, bəs qaraj? Məlum oldu ki, bilrikdə qazandığımız nə varsa, hamısını başqa adamların adına keçirib".