Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı 200 min manatlıq təzminat iddiası üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə qərar elan olunub.

Qərara əsasən, R. Məlik mətbuatda M. Əsədova barədə dediklərini təkzib etməlidir və 1000 (min) manat cərimə olunub.