Xəbər verdiyimiz kimi, Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov vəfat edib.
Mia.az bildirir ki, vəfat edən nazir müaviniylə bağlı jurnalist Xaqani Səfəroğlu sosial şəbəkədə maraqlı məlumat paylaşıb:
"Onu efirlərdə və canlı heç görmədim. Adını isə bir maraqlı tarixə görə yadda saxlamışam. Abbas müəllim 60-cı illərdə Azərbaycanda yaranan ilk rok qrupu olan "Eskulap”da gitara ifa edib.
Məşhur "Gün keçdi” filmindən fraqment.. Filmdə unudulmaz "Bir axşam taksidən..” mahnısının caz variantını 60-cı illərdə populyar olan "Eskulap” qrupu ifa edir. Fotoda "Bitlz” qrupunun üzvlərinə oxşayan bu cazibədar bas gitaraçı oğlan Abbas Vəlibəyovdur".
Allah rəhmət eləsin!