Jurnalist Əfqan Muxtarlının Şəki Apellyasiya Məhkəməsində aprelin 3-nə təyin olunmuş məhkəməsi təxirə salınıb.
Bu barədə Modern.az-a onun hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, məhkəmənin təxirə düşməsinə səbəb dövlət ittihamçısının iştirak edə bilməməsidir:
"Buna görə də məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb. Məhkəmənin vaxtı barədə məlumat veriləcək”.
Ona Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. məhkəməninhökmü ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.