Tanınmış xanəndə, əməkdar artist Sevinc Sarıyevanın yaxını bıçaqlanıb.

Mia.az xəbər verir ki, bu barədə müğənni Milli.az-a açıqlamasında bildirib.

"Hadisə iki gün əvvəl Beyləqanda Xocavənd ərazisində baş verib. Bıçaqlanan qardaşımın oğludur. Belə ki, polis olan qardaşımın oğlu xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb. Hazırda qardaşım oğlunun səhhəti normaldır”.