Xəbər verdiyimiz kimi, əməkdar artist Əkbər Əlizadə "Space”dəki işindən uzaqlaşıb.

Axşam.az-ın məlumatına görə, aktyor xəstə olduğu üçün işdən getdiyini, bir müddət heç yerdə çalışmayacağını bildirmişdi.

Bir müddət əvvəl isə Əkbər ATV-də yenidən işə başladığını xəbər verib. O, bu gün Lalə Azərtaşın "ATV səhər” proqramında aparıcı kimi efirə çıxır.

Qeyd edək ki, Əkbər 9 il "Speys"də "Hər səhər" verilişinə aparıcılıq edib.