Martın 2-də Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində yanğın zamanı 24 nəfərin ölümü ilə əlaqədar "Space" Müstəqil Televiziya və Radio Şirkəti dərhal özünün efir siyasətində dəyişiklik edib.
Bu barədə Mia.az-a kanalın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Elgün məlumat verib. O bildirib ki, bütün əyləncəli proqramlardan imtina edib.
Çox maraqlıdır ki, digər kanallarda əyləncəli verilişlər davam etdirilir. Yəqin ki, MTRŞ sərt bəyanatla çıxış edəcək.