Prezident İlham Əliyev Aleksandr Şarovskinin "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Aleksandr Yakovleviç Şarovski "Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, A.Şarovski Səməd Vurğun adına Rus Dram Teatrının aktyorudur və 70 yaşı tamam olur.