Azərbaycanın ilk qida xəbərləri portalı - Foodinfo.az fəaliyyətə başlayıb.
Bu barədə portaldan Mia.az-a verilən məlumata görə, oxucular portalda sağlam və zərərli qidalar, dieta qaydaları, marketlər, marketlərdən ideal alış-veriş qaydaları, restoranlar, keyfiyyətə nəzarət və s. barədə özəl xəbərlər, məqalələr oxuyacaqlar:
"Portalda habelə, qida şirkətləri, marketlər şəbəkəsi və s. üzrə müxtəlif reytinq cədvəlləri hazırlanaraq oxuculara təqdim ediləcək.
Foodinfo.az qida xəbərləri portalının redaktoru jurnalist Orxan Əlidir".