Tanınmış jurnalist Nicat Məlikov 39 yaşında dünyasını dəyişib.

Yaxınları bildirib ki, N. Məlikov dükana gedərkən qəfil özünü pis hiss edib və yerindəcə keçinib. Onun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

Qeyd edək ki, N.Məlikov jurnalist fəaliyyətinə "Zerkalo” qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb.

N.Məlikov "APA Holdinq”ə daxil olan "Vesti.Az” saytında müxbir kimi çalışıb/APA.

Allah rəhmət eləsin!