Modern.az Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə silsilə yazılarına davam edir. Bu yazılarda biz Cümhuriyyət fədailəri, Cümhuriyyət tarixi ilə bağlı araşdırma yazılarla bərabər, o dövrə aid maraqlı faktlara da ara-sıra toxunacayıq.
Belə faktlardan biri də Nuru Paşanın Gəncəyə gəldiyi zaman ona verilən imzalı kitabla bağlıdır.
"Kafkas Ordusu kumandanı Nuri Paşa Hazretlerine müellif tarafından değersiz bir armağan. Cevad (imza) 30 mayıs 1918.Gence".

Həmin kitabın sonrakı taleyi ilə bağlı Cümhuriyyət dövrünün araşdırıcısı Ceyhun Nəbi Modern.az-a maraqlı məlumat verib:
"Kitab bu gün Türkiyədə tanınmış alim, publisist, kolleksiyaçı Haluk Oraldadır. Bu günlərdə mətbuatda oxudum ki, Haluk Oral deyib ki, kim ona 1928-ci ildə Bakıda Nazim Hikmətin ilk çıxmış kitabı olan "Günəşi İçənləri Türküsü” kitabını tapıb gətirsə, Əhməd Cavadın imzalı kitabını ona hədiyyə edəcək”.