Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Seçki Məcəlləsinə dəyişikliklər müzakirə edilib.
Mia.az Modern.az-a istinadən xəbər verir ki, iclasda qeydə alınmmış namizədlərin istifadə etdikləri pulsuz efir vaxtının, onlara dövrü nəşrlərdə pulsuz yer ayrılmasının ləğvinə dair fikirlər səsləndirilib.
Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid məsələyə aydınlıq gətirib.