Bakı və Abşeron yarımadasında noyabrın 30-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Mia.az Ekologiya və Təbbi Sərbətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah havanın temperaturunun gecə  2-5° isti, gündüz  8-11° isti, Bakıda gecə  3-5° isti, gündüz  8-10° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 765  mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi  rütubət  75-85 % olacaq. 
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda  sulu qar, qar yağacağı gözlənilir.Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  0-5° isti, gündüz  7-11° isti, dağlarda gecə 3-8° şaxta,  gündüz  1-6° isti olacağı gözlənilir.