"Hazırda bu barədə danışıqlar gedir, əgər "Taxify” ödənişlərinə 18% ƏDV tətbiq ediləcəksə, məsələ ilə bağlı ümumi məlumat veriləcək".
Bu barədə Axar.az-a "Taxify”dan məlumat verilib.
Xatırladaq ki, taksi xidmətinə ödənişlərin ƏDV-yə dekabrın 1-dən cəlb olunacağı gözlənilir. Artıq Azərbaycan bankları müştərilərini bu barədə məlumatlandırmağa başlayıb. Plastik kart sahiblərinə göndərilən SMS-lərdə dekabrın 1-dən xarici şirkətlərin taksi xidmətinin 18% bahalaşacağı, yəni hesabdan əlavə pul çıxılacağı bildirilir.